“Xəbər Yerində” Ajans.az-a istinadən xəbər verir ki, noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq.
Noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix Azərbaycanda qeyri-iş günüdür.
Bu səbəbdən noyabrın 8, 9 və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq.
Beləliklə, noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11 qeyri-iş günü, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü olacaq.

