Xəbər Yerində xəbər verir ki, sosial şəbəkələrdə hicablı qadının səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Videoda qadın kişi və qadın münasibətləri ilə bağlı sərt fikirlər səsləndirib. O, həyat yoldaşının geyiminə müdaxilə etməyən kişiləri tənqid edib.
“Qeyrətsiz kişinin qadını başıaçıq, lüt gəzir. Qeyrətli kişilər isə icazə vermirlər ki, onların yoldaşları başıaçıq gəzsin”, – deyə qadın bildirib.
Bununla yanaşı, sosial şəbəkələrdə məktəblərdə hicab qadağası ilə bağlı etiraz xarakterli videolar da paylaşılır. Bəzi qadınların etirazlara dəstək məqsədilə hicab geyindiyi görüntülər yayılıb.
Başqa bir videoda isə hicablı məktəblilərin təhsildə yüksək nəticələr göstərdiyi, məktəbi yüksək göstəricilərlə bitirdiyi və ali məktəblərə yüksək balla qəbul olduğu qeyd olunur.
Sözügedən paylaşımlar sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalara səbəb olub.

