Oktyabrın 10-da saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb. Ayrı-ayrı ərazilərdə yağış leysan xarakterli, intensiv və güclü olub, şimşək çaxıb.
Şahdağ, Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.
Bakıda ən çox yağıntı Neft Daşlarına düşüb
Bakı və Abşeron yarımadasında yağıntının miqdarı Neft Daşlarında 26 mm olub. Bu, aylıq normanın 139 faizi deməkdir.
Sumqayıtda 3, Bakı, Binə və Pirallahıda 2, Maştağada isə 1 mm-dək yağıntı qeydə alınıb.
Rayonlarda yağıntının miqdarı
Göygöldə 16 mm, İmişli və Şəkidə (Kişçay) 10 mm, Balakən və Qaxda (Sarıbaş) 6 mm, Biləsuvar və Sabirabadda 5 mm yağıntı düşüb.
Şirvan, Qobustan, Beyləqan, Zaqatala, Goranboy, Gədəbəy, Ordubad, Tovuz, Naxçıvan, Sədərək, Quba, Qusar, Şabran, Xızı, Neftçala, Astara, Ağdam, Cəbrayıl, Şamaxı, Kürdəmir, Naftalan, Zərdab, Tərtər, Bərdə, Hacıqabul və Salyanda isə 1-4 mm yağıntı qeydə alınıb.
Qubadlı, Şuşa və Füzuli rayonlarında qısamüddətli yağış yağıb.
Yardımlıya dolu düşdü
Saat 08:15-08:27 aralığında Yardımlı rayonunda güclü leysanla müşayiət olunan dolu düşüb.
Dolu dənələrinin diametri 18-20 mm təşkil edib.

