Salyanda “Mercedes” qatarın qarşısına çıxdı-VİDEO

Salyanda “Mercedes” qatarın qarşısına çıxdı-VİDEO

Xəbər Yerində “Unikal”a istinadən xəbər verir ki, bu gün səhər saatlarında “Mercedes” markalı minik avtomobilinin sürücüsü dəmiryol keçidindən keçərkən qaydaları pozub.

Nəticədə avtomobil Salyan-Salmanlı sahəsində hərəkətdə olan yük qatarının qarşısına çıxıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, maşinist toqquşmanın qarşısını almaq üçün təcili tormozlama aparsa da, məsafənin az olması səbəbindən qəzanın qarşısını almaq mümkün olmayıb.

Hadisə nəticəsində lokomotivə zərər dəyib.

ADY hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa çağırıb:

“Yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirmək, yol hərəkəti qaydalarına, o cümlədən yol nişanlarının tələblərinə ciddi əməl etmək lazımdır. Nəzərə almaq lazımdır ki, yol həmişə qatarındır”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir