Şəmkirdə 18 yaşlı gənci qardaşı bıçaqladı

Şəmkirdə 18 yaşlı gənci qardaşı bıçaqladı

Xəbər Yerində “Apa”ya istinadən xəbər verir ki, Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayon sakini, 2008-ci il təvəllüdlü N.Quliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat olunub. Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 18 yaşlı gənc aralarında yaranan mübahisə zamanı qardaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir