Bakıda məktəbdə insident: 37 nəfər həbs edildi – VİDEO

Bakıda məktəbdə insident: 37 nəfər həbs edildi – VİDEO

Bakıda vahid məktəbli geyimi qaydalarının tətbiqi ilə əlaqədar təhsil işçiləri ilə münaqişə yaradan şəxslər həbs olunublar.

Xəbər Yerində “24/7 press.media”-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, bir qrup şəxs məktəblərdə geyim qaydalarının tətbiqi ilə bağlı yaranan vəziyyət zamanı təhsil işçiləri ilə münaqişəyə girib.

Həmin şəxslərin məktəblərə zərər vurduğu, ictimai qaydanı kobud şəkildə pozduğu, nəqliyyatın hərəkətinə və təhsil müəssisələrinin normal fəaliyyətinə mane olmağa cəhd göstərdiyi bildirilir.

Cinayət işi başlanılıb

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə cinayət işi başlanılıb. Hadisə ilə əlaqədar 37 nəfər həbs edilib.

Daxili İşlər Nazirliyi qanunazidd hallara qarşı tədbirlərin davam etdiriləcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir