Azərbaycanda hava dəyişəcək: Yağış, leysan və dolu gözlənilir

Azərbaycanda hava dəyişəcək: Yağış, leysan və dolu gözlənilir

Azərbaycanda yaxın günlərdə hava şəraitinin bəzi ərazilərdə dəyişkən olacağı, ayrı-ayrı rayonlarda yağış, leysan və dolu düşəcəyi gözlənilir.

Xəbər Yerində xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağması ehtimal olunur.

Paytaxt və Abşeron yarımadasında mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20°, gündüz isə 22-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Rayonlarda leysan və dolu ehtimalı var

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bununla belə, gecə və səhər saatlarında şərq rayonlarında, axşama doğru isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq.

Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 14-18°, gündüz 23-27° isti olacaq. Dağlıq ərazilərdə gecə 4-9°, gündüz isə 13-18° isti olacağı proqnozlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir