Lənkəranda ərini döyüb bıçaqlayan qadına hökm oxundu

Lənkəranda ərini döyüb bıçaqlayan qadına hökm oxundu

Lənkəranda həyat yoldaşını döyərək bıçaqlayan qadın məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Xəbər Yerində xəbər verir ki, RTV-nin məlumatına görə, hadisə Lənkəran şəhərində baş verib.

Şəhər sakini Şadil Məmmədov ilk həyat yoldaşından boşandıqdan sonra dörd uşaq anası olan Aytənlə ailə qurub. Bir müddət sonra onların birgə nikahından da övlad dünyaya gəlib.

Uşaq üçün pul istədi, mübahisə bıçaqlanma ilə nəticələndi

Hadisədən bir neçə gün əvvəl Şadil işdən evə qayıdarkən Aytən ondan uşağın yeməyi üçün pul istəyib. Şadil isə pulunun olmadığını bildirib.

Bundan sonra ər-arvad arasında mübahisə yaranıb. Aytən həyat yoldaşını qazandığı pulu başqa qadınlara xərcləməkdə ittiham edib. Şadil isə pulunu heç kimə xərcləmədiyini deyib.

Mübahisə zamanı Aytən mətbəx bıçağı ilə Şadilə hücum edərək onun ayaq nahiyəsindən xəsarət yetirib. Daha sonra hadisə yerindən uzaqlaşıb.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Şübhəli şəxs saxlanılıb, fakt üzrə cinayət işi başlanaraq məhkəməyə göndərilib.

Əvvəl də ərini döydüyü məlum olub

Məhkəmə araşdırması zamanı məlum olub ki, Aytən daha əvvəl də Şadili döyüb. Həmin hadisə ilə bağlı cinayət işi başlasa da, Şadil həyat yoldaşını bağışladığı üçün işə xitam verilib.

Bu dəfə isə zərərçəkmiş həyat yoldaşını bağışlamayıb və onun cəzalandırılmasını istəyib.

Məhkəmənin hökmü ilə Aytənə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir