Sabah Azərbaycanda yay havası olacaq

Sabah Azərbaycanda yay havası olacaq

Azərbaycanda oktyabrın 15-də hava əsasən yağmursuz keçəcək. Bununla belə, bəzi dağlıq ərazilərdə leysan xarakterli yağış, şimşək və dolu ehtimalı var.

Xəbər Yerində xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat xəbər yayıb.

Bakıda və Abşeronda hava necə olacaq?

Paytaxtda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə və səhər saatlarında bəzi ərazilərdə duman müşahidə oluna bilər.

Havanın temperaturu gecə 17-20 dərəcə, gündüz isə 23-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Rayonlarda yağış və dolu ehtimalı var

Azərbaycanın bölgələrində də havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Bölgələrdə gecə 15-19 dərəcə, gündüz 24-29 dərəcə isti gözlənilir. Dağlıq ərazilərdə gecə temperaturu 7-12 dərəcə, gündüz isə 18-23 dərəcə isti olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir