Penitensiar Xidmətin Kadrlar İdarəsinin sabiq rəisi, polkovnik Əflatun Məmmədovun həbsinin təfərrüatları məlum olub. O, ədliyyə orqanlarında işə düzəltmək və vəzifəyə təyinat məsələlərini həll etmək adı ilə 330 min manatdan çox rüşvət almaqda ittiham edilir.
Xəbər Yerində Qafqazinfo-ya istinadla xəbər verir ki, ittiham olunan şəxsin qanunsuz əməlləri əsasən 2018–2022-ci illəri əhatə edib. Həmin dövrdə Penitensiar Xidmətə general-leytenant Ceyhun Həsənov rəhbərlik edib.
İşə qəbul və rütbə vədi ilə pul alıb
Məlumata görə, Əflatun Məmmədov həmin dövrdə xidmət rəhbərliyinə yaxınlığına güvənərək bir neçə şəxsdən pul alıb. O, müraciət edənlərə ədliyyə orqanlarında işə düzəlmək və bəzi şəxslərə leytenant rütbəsi verilməsi məsələsində kömək edəcəyini vəd edib.
İstintaq materiallarına əsasən, Məmmədov müxtəlif şəxslərdən ümumilikdə 450 min manatdan çox pul tələb edib. Həmin məbləğin 330 min manatdan bir qədər artıq hissəsini əldə edə bilib.
Bir neçə nəfərin işə qəbulu ilə bağlı rəhbərliyə təklif verəcəyini bildirən sabiq idarə rəisinin 30 min, 35 min, 40 min, 45 min, 55 min və 60 min manat məbləğlərində pul aldığı qeyd olunur.

Ən böyük məbləği sabiq rəis müavinindən istəyib
Əflatun Məmmədovun ən böyük məbləğdə pul istədiyi şəxsin Penitensiar Xidmətin Müalicə müəssisəsinin sabiq rəis müavini Elxan İsgəndərov olduğu bildirilir.
Məlumata görə, Məmmədov İsgəndərovdan cəzaçəkmə müəssisələrindən birinə rəis təyin olunmasına kömək etmək üçün 200 min manat istəyib. Lakin yekunda ondan 80 min manat alıb.
Son əməliyyatı 2025-ci ildə olub
Sabiq idarə rəisinin sonuncu dəfə 2025-ci ildə Penitensiar Xidmətin inzibati binasında yerləşən idarələrdən birinə təyinat məsələsini həll etmək vədi ilə bir şəxsdən 30 min manat aldığı bildirilir. Məlumata əsasən, bu hadisədən sonra o, vəzifəsindən azad edilib.
Toplanmış sübutlar əsasında Əflatun Məmmədov cinayət məsuliyyətinə cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə — təkrar və külli miqdarda rüşvət alma ittihamı irəli sürülüb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatını məhkəmə əsaslı hesab edib. Qərara əsasən, Əflatun Məmmədov barəsindəPenitensiar Xidmətin Kadrlar İdarəsinin sabiq rəisi, polkovnik Əflatun Məmmədovun həbsinin təfərrüatları məlum olub. O, ədliyyə orqanlarında işə düzəltmək və vəzifəyə təyinat məsələlərini həll etmək adı ilə 330 min manatdan çox rüşvət almaqda ittiham edilir.
Xəbər Yerində xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ittiham olunan şəxsin qanunsuz əməlləri əsasən 2018–2022-ci illəri əhatə edib. Həmin dövrdə Penitensiar Xidmətə general-leytenant Ceyhun Həsənov rəhbərlik edib.
İşə qəbul və rütbə vədi ilə pul alıb
Məlumata görə, Əflatun Məmmədov həmin dövrdə xidmət rəhbərliyinə yaxınlığına güvənərək bir neçə şəxsdən pul alıb. O, müraciət edənlərə ədliyyə orqanlarında işə düzəlmək və bəzi şəxslərə leytenant rütbəsi verilməsi məsələsində kömək edəcəyini vəd edib.
İstintaq materiallarına əsasən, Məmmədov müxtəlif şəxslərdən ümumilikdə 450 min manatdan çox pul tələb edib. Həmin məbləğin 330 min manatdan bir qədər artıq hissəsini əldə edə bilib.
Bir neçə nəfərin işə qəbulu ilə bağlı rəhbərliyə təklif verəcəyini bildirən sabiq idarə rəisinin 30 min, 35 min, 40 min, 45 min, 55 min və 60 min manat məbləğlərində pul aldığı qeyd olunur.
Ən böyük məbləği sabiq rəis müavinindən istəyib
Əflatun Məmmədovun ən böyük məbləğdə pul istədiyi şəxsin Penitensiar Xidmətin Müalicə müəssisəsinin sabiq rəis müavini Elxan İsgəndərov olduğu bildirilir.
Məlumata görə, Məmmədov İsgəndərovdan cəzaçəkmə müəssisələrindən birinə rəis təyin olunmasına kömək etmək üçün 200 min manat istəyib. Lakin yekunda ondan 80 min manat alıb.
Son əməliyyatı 2025-ci ildə olub
Sabiq idarə rəisinin sonuncu dəfə 2025-ci ildə Penitensiar Xidmətin inzibati binasında yerləşən idarələrdən birinə təyinat məsələsini həll etmək vədi ilə bir şəxsdən 30 min manat aldığı bildirilir. Məlumata əsasən, bu hadisədən sonra o, vəzifəsindən azad edilib.
Toplanmış sübutlar əsasında Əflatun Məmmədov cinayət məsuliyyətinə cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri ilə — təkrar və külli miqdarda rüşvət alma ittihamı irəli sürülüb.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatını məhkəmə əsaslı hesab edib. Qərara əsasən, Əflatun Məmmədov barəsində

