İlham Əliyev İsrail Prezidenti ilə regional məsələləri müzakirə etdi

İlham Əliyev İsrail Prezidenti ilə regional məsələləri müzakirə etdi

Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüşdə İsrail Prezidenti Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbriklərini çatdırıb.

İsxak Hersoq Azərbaycanın 2026–2028-ci illərdə də təşkilata sədrlik etməsini ölkəmizə göstərilən yüksək etimadın göstəricisi kimi dəyərləndirib və bundan məmnunluğunu ifadə edib.

İsrail Prezidenti Azərbaycanın sədrliyi dövründə AQEM çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi və etimad quruculuğu tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Azərbaycanın sədrliyinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib. Dövlət başçısı ölkəmizin AQEM-ə üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və praktiki əməkdaşlığın inkişafı istiqamətində səylərini davam etdirdiyini vurğulayıb.

Görüş zamanı Azərbaycan-İsrail ikitərəfli münasibətləri, eləcə də beynəlxalq və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir