İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib.

Xəbər Yerində xəbər verir ki, görüşdə Bəhreynin xarici işlər naziri Kral Həməd bin İsa Al Xəlifənin salamlarını dövlət başçısına çatdırıb. O, Bəhreyn Kralının Azərbaycanla münasibətlərə böyük önəm verdiyini bildirib.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını ifadə edib və öz salamlarının da Bəhreyn Kralına çatdırılmasını xahiş edib.

Dövlət başçısı Azərbaycanla Bəhreyn arasında dostluq və qardaşlıq münasibətlərinin, eləcə də yüksək səviyyəli tərəfdaşlığın mövcud olduğunu vurğulayıb. O, Bəhreynin xarici işlər nazirinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə etmək baxımından yaxşı imkan yaratdığını qeyd edib.

Əbdüllətif bin Rəşid Al Zayani Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyinin müddətinin uzadılması münasibətilə Prezident İlham Əliyevi təbrik edib. O, Azərbaycanın təşkilata yüksək səviyyədə sədrlik etdiyini bildirib.

Görüşdə Azərbaycanla Bəhreyn arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir