Bakıda tozun miqdarı normadan 2,2 dəfə artıqdır – Xəbərdarlıq

Bakıda tozun miqdarı normadan 2,2 dəfə artıqdır – Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Havada tozun miqdarı normadan 2,2 dəfə artıqdır.

“Xəbər Yerində” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, avtomatik stansiyalardan əldə edilən göstəricilər havada tozun miqdarının normanı əhəmiyyətli dərəcədə aşdığını göstərir.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun açıqlamasında bildirilib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakter daşıyır. Toz kütlələri cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.

Qeyd edilib ki, meteoroloji vəziyyətdən asılı olaraq tozlu hava şəraitinin daha iki gün davam edəcəyi gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir