İlham Əliyevdən AQEM-də sərt mesaj: “Onların səviyyəsinə enmədik”

İlham Əliyevdən AQEM-də sərt mesaj: “Onların səviyyəsinə enmədik”

Prezident İlham Əliyev Azərbaycanın müharibədən sonra nümayiş etdirdiyi mövqedən danışıb.

“Xəbər Yerində” Oxu.az-a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, Azərbaycan xalqına böyük əzablar yaşatmış şəxslərin səviyyəsinə enməyib.

“Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik”, – deyə İlham Əliyev vurğulayıb.

Dövlət başçısı Azərbaycanın sülh təşəbbüsünə də toxunub. O bildirib ki, Azərbaycan sülh təklif edib və artıq bir ildən bir az çoxdur ki, sülh şəraitində yaşayır.

“Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”, – deyə Prezident əlavə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir