İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması haqqında Fərman imzaladı

İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması haqqında Fərman imzaladı

Prezident İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması haqqında Fərman imzalayıb.

“Xəbər Yerində” xəbər verir ki, Fərman 15 oktyabr 2026-cı il tarixində imzalanıb.

Sənədə əsasən, telekommunikasiya və poçt rabitəsi sahələrində inzibatçılığın və istifadəçi məmnunluğunun artırılması, eləcə də göstərilən xidmətlərin rəqəmsallaşdırılması məqsədilə “Rəqəmsal rabitə” informasiya sistemi (RRİS) yaradılıb.

Yeni sistem hansı məqsədlərə xidmət edəcək?

Fərmana əsasən, RRİS informasiya-kommunikasiya texnologiyaları və rabitə sahələrində tənzimləmə və nəzarətin həyata keçirilməsini, dövlət qurumları, yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslərlə əlaqələrin operativliyini, səmərəliliyini və şəffaflığını təmin edəcək.

Bununla yanaşı, sistem göstərilən xidmətlərin və burada saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını artırmağa xidmət edəcək.

Sistemin sahibi və operatoru müəyyənləşib

Fərmana əsasən, “Rəqəmsal rabitə” informasiya sisteminin sahibi funksiyasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, operatoru funksiyasını isə nazirliyin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi həyata keçirəcək.

Nazirliyə sistemin formalaşdırılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Məlumatlar elektron hökumət vasitəsilə əldə olunacaq

Sənədə əsasən, sistem “Hökumət buludu”nda yerləşdiriləcək, həmçinin dövlət informasiya ehtiyatlarının və sistemlərinin vahid reyestrinə, eləcə də fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görüləcək.

Bundan başqa, sistemdə istifadə olunacaq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət qurumları ilə birlikdə həmin məlumatların altı ay müddətində Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunması təmin edilməlidir.

Fərmanın icrası ilə bağlı digər məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir