Azərbaycanda 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 251,2 min nəfər təşkil edib.
Xəbər Yerində xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, qeydiyyatda olan işsizlərin 53,5 faizini qadınlar təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 483,4 manat olub.

