Almaniyada hava limanının təhlükəsizlik hasarı dağıldı

Almaniyada hava limanının təhlükəsizlik hasarı dağıldı

Almaniyanın Leypsiq/Halle hava limanında təhlükəsizlik hasarı dağılıb, avtomobil idarəetməni itirərək hasara çırpılıb.

Xəbər Yerində APA-ya istinadən verdiyi məlumata görə xəbər verir ki, bu barədə Almaniya polisi məlumat yayıb.

İlkin ehtimala görə, avtomobil hava limanının hasarını yararaq əraziyə daxil olub. Polis ərazidə yoxlama aparıb, lakin şübhəli əşyalar və icazəsiz daxil olan şəxslər aşkarlanmayıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində hava limanının şimal uçuş-enmə zolağı bağlanıb. Ərazidə əlavə axtarışların aparılması planlaşdırılır.

Qeyd edək ki, avqust ayında həmin hava limanının uçuş-enmə zolağı yaxınlığında partlayıcı ilə təchiz edilmiş dron aşkarlanıb. Almaniya rəsmiləri hadisəyə görə Rusiyanı ittiham etsələr də, Moskva bu ittihamları rədd edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir