Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir.
Hadisə necə baş verib?
Lənkəran şəhərindən olan əsgər Orxan Şabanov 1 il 3 ay hərbi xidmət keçdikdən sonra oktyabrın 13-də xidmət etdiyi hərbi hissədə aldığı güllə yarasından vəfat edib.
O, oktyabrın 14-də Lənkəran şəhərindəki qəbiristanlıqda dəfn olunub.

