Sumqayıtda damda təmir edən kişi xəsarət aldı

Sumqayıtda damda təmir edən kişi xəsarət aldı

Sumqayıtda tikilinin damında təmir işləri aparan kişi xəsarət alaraq köməksiz vəziyyətdə qalıb.

Xəbər Yerində xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında əraziyə Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisə yerində aparılan araşdırma zamanı 1985-ci il təvəllüdlü Məmmədov Məhəbbət İldırım oğlunun tikilinin damında təmir işləri görərkən müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər ona hadisə yerində ilkin yardım göstərdikdən sonra xüsusi xilasetmə vasitələrinin köməyi ilə aşağı endiriblər. Daha sonra xəsarət alan şəxs təcili tibbi yardım briqadasına təhvil verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir