Bakıda dəhşətli qəza: Avtomobil səkiyə çıxıb qadını öldürdü

Bakıda dəhşətli qəza: Avtomobil səkiyə çıxıb qadını öldürdü

Bakının Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində, “Əhmədli” metro stansiyasının yaxınlığında qeydə alınıb.

Məlumata görə, Novruzov Əkbər Akif oğlunun idarə etdiyi “BMW” markalı avtomobillə İsgəndərov Emil Amil oğlunun sürdüyü “Hyundai” markalı maşın toqquşub.

Toqquşma nəticəsində “Hyundai” yoldan çıxaraq səki ilə hərəkət edən piyadanı vurub. Hadisə zamanı 1981-ci il təvəllüdlü Əliyeva Elzanə Gündüz qızı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir