Astarada şəhid ailələri və əlilliyi olan şəxslər üçün mənzillər tikiləcək
Astara rayonunda şəhid ailələri və əlilliyi müəyyən edilmiş şəxslər üçün yeni mənzillər inşa olunacaq.
Xəbər Yerində Manset.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq satınalma proseduru yekunlaşıb.
Layihə çərçivəsində rayonda 37 ikiotaqlı və 37 birotaqlı olmaqla, ümumilikdə 74 mənzilin satın alınması nəzərdə tutulur.
Bağlanmış müqavilənin ümumi dəyəri 3 milyon 428 min 932 manatdır.
Qeyd edək ki, Azərbaycanda şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və ya fərdi evlə təmin edilməsi dövlətin sosial müdafiə tədbirləri çərçivəsində həyata keçirilir.

