Bakıda məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs həbs edildi – VİDEO

Bakıda məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs həbs edildi – VİDEO

Bakıda məktəb direktoruna məxsus avtomobilin qəsdən yandırılması ilə bağlı daha bir nəfər həbs olunub.

Xəbər Yerində Manset.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus KIA markalı avtomobilin qəsdən yandırılması faktı ilə bağlı polis əməkdaşları əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fuad İbrahimovla birlikdə cinayət əməlində iştirak etdiyi bildirilən tanışı İlkin Novruzov da müəyyən edilərək saxlanılıb.

Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə hadisənin bütün hallarının araşdırılması istiqamətində istintaq tədbirləri davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir