Bakıda uşaq bağçasında ciddi pozuntular aşkarlandı – FOTO

Bakıda uşaq bağçasında ciddi pozuntular aşkarlandı – FOTO

Binəqədi rayonunda yerləşən uşaq bağçalarından birində qida təhlükəsizliyi və sanitariya qaydalarının pozulduğu müəyyən edilib.

Xəbər Yerində xəbər verir ki, Globalinfo.az-ın AQTA-ya istinadən yaydığı məlumata görə, pozuntular Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında aparılan yoxlama zamanı aşkarlanıb.

Bildirilib ki, müəssisə qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərib. Həmçinin yoxlama zamanı sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla əlaqədar bağçanın rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub.

Bundan əlavə, mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib. Müayinələrin nəticələri barədə məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir