Zığ şosesində hava limanı istiqamətində aparılan işlərlə əlaqədar hərəkət iştirakçılarına xəbərdarlıq edilib.
Xəbər Yerində xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, hazırda yolun həmin hissəsində rənglənmə işləri aparılır.
Sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə iş sahəsinə yaxın ərazidə yerləşən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib.
Belə ki, hərəkət zolaqlarından birində sürət həddi işlər başa çatanadək saatda 40 kilometrə endirilib. Digər zolaqlara nəqliyyat vasitələrinin daxil olmasının qarşısını almaq və sürücüləri əvvəlcədən məlumatlandırmaq üçün portal qurğularında “X” işarələri aktivləşdirilib.
Sürücülərdən Zığ şosesinin qeyd olunan hissəsində hərəkət edərkən diqqətli olmaları, yol nişanlarına və müəyyən edilmiş sürət həddinə əməl etmələri xahiş olunur.
Mənbə: Unikal.az

