Sabah hava necə olacaq? Dolu və qar ehtimalı var

Sabah hava necə olacaq? Dolu və qar ehtimalı var

Azərbaycanda oktyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, bəzi ərazilərdə isə leysan, dolu və qar ehtimalı olduğu bildirilir.

Xəbər Yerində xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti gözlənilir.

Şimal-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 16-18 dərəcə, gündüz isə 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 60-65 faiz olacaq.

Dağlıq rayonlarda leysan, dolu və qar ehtimalı var

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə yağıntıların qısamüddətli və intensiv leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Yüksək dağlıq ərazilərdə isə qar yağması mümkündür.

Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 25-28 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 5-10 dərəcə, gündüz 12-16 dərəcə isti olacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir