Bolqarıstanda prezident seçkiləri start götürüb. Dövlət başçısı postu uğrunda 27 namizəd mübarizə aparır.
Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, yerli vaxtla saat 07:00-da ölkə üzrə 12 mindən çox seçki məntəqəsi fəaliyyətə başlayıb. Seçkilərdə 6,6 milyon seçicinin səs vermək hüququ var.
Xaricdə yaşayan Bolqarıstan vətəndaşları da səsvermədə iştirak edə biləcəklər. Bu məqsədlə dünyanın 60 ölkəsində seçki məntəqələri yaradılıb.
Seçkinin rəsmi nəticələrinin oktyabrın 27-də açıqlanacağı bildirilib.

