Tovuz rayonunda bıçaqlanma hadisəsi ölümlə nəticələnib. Hadisə zamanı iki nəfər bıçaq xəsarətləri alıb.
Xəbər Yerində Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xəqani küçəsində qeydə alınıb.
İlkin məlumata görə, bıçaqlanan şəxslərdən biri, hələlik şəxsiyyəti dəqiqləşdirilməyən şəxs aldığı xəsarətlərdən ölüb. 1988-ci il təvəllüdlü Ü. Abdullayev isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.

