Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının neft infrastrukturuna pilotsuz uçuş aparatları ilə hücum etdiklərini iddia ediblər.
Hərəkatın hərbi sözçüsü Yəhya Saria bildirib ki, zərbələr ölkənin şərq və qərb istiqamətlərində xam neftin nəqli üçün istifadə olunan nasos stansiyalarına endirilib.
Husilər, həmçinin Yəmənin Ədən və Lahc əyalətlərində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya məxsus hərbi hədəflərə ballistik raketlərlə hücum etdiklərini bəyan ediblər.
Hücumların nəticələri, mümkün dağıntılar və itkilər barədə hələlik məlumat verilməyib.

