Sumqayıtda su kəməri partladı, evləri su basdı – VİDEO

Sumqayıtda su kəməri partladı, evləri su basdı – VİDEO

Xəbər Yerində Xəzər TV-yə istinadən xəbər verir ki, Sumqayıtın “Stansiya Sumqayıt” adlanan ərazisində diametri 1000 millimetr olan içməli su kəmərində qəza baş verib.

Hadisə nəticəsində küçələr, evlərin həyətləri və bəzi yaşayış evləri su altında qalıb. Sakinlərin sözlərinə görə, su fərdi yaşayış evlərinin zirzəmilərinə, hətta otaqlarına qədər dolub.

“Evlərin hamısını su basdı”

Ərazidə yaşayan sakinlər hadisənin günorta saat 1-2 radələrində baş verdiyini bildiriblər. Onların sözlərinə görə, su kəmərində yaranan nasazlıq nəticəsində ətrafa güclü su axını başlayıb və qısa müddətdə ərazini su basıb.

Sakinlərdən biri hadisəni belə təsvir edib: “Çıxdım bayıra baxdım ki, su gəlir. Sonra gördüm ki, oradan fəvvarə vurur. Hamı bura yığışmışdı. Evləri su basdı”.

Digər sakinlər də ərazidəki evlərin və həyətlərin su altında qaldığını bildiriblər.

Kəmərdə korroziya aşkarlanıb

Qəza barədə məlumat daxil olan kimi aidiyyəti qurumların qəza-bərpa briqadaları hadisə yerinə cəlb olunub.

Məsul şəxslərin verdiyi məlumata görə, borunun korroziyaya uğramış hissəsində aralanma baş verib. Həmin ərazidə əvvəllər də bir neçə dəfə qəza qeydə alınıb və nasazlıqlar operativ şəkildə aradan qaldırılıb.

Bu dəfə də briqadalar əraziyə suçəkmə nasosları ilə gəliblər. İlkin məlumata görə, hadisə nəticəsində iki evə müəyyən qədər ziyan dəyib.

Hazırda su axınının qarşısının alınması və zədələnmiş borunun bərpası istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir