“Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilib. Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb”.
Xəbər Yerində Azərtac-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.
Dövlət başçısı Azərbaycanın keçdiyi inkişaf yoluna diqqət çəkərək bildirib ki, ölkəmiz dağıntılardan, işğaldan və geniş yayılmış yoxsulluqdan tərəqqiyə, inkişafa və uğura doğru irəliləyib.
Prezident vurğulayıb ki, son 35 ildə əldə olunan nailiyyətlər Azərbaycan xalqının öz səyləri nəticəsində qazanılıb.

