Babək prospektində işıqforlar sıradan çıxıb

Babək prospektində işıqforlar sıradan çıxıb

Bakıda Babək prospektində, “City Mall” yaxınlığında işıqforların fəaliyyətində yaranan problem nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Xəbər Yerində BAKU.WS-ə istinadən xəbər verir ki, hər iki istiqamətdə işıqforların işləməməsi yolda nəqliyyat sıxlığının artmasına səbəb olub.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, sözügedən ünvanda işıqforların fəaliyyətində yaranan problem texniki nasazlıqla deyil, elektrik enerjisinin kəsilməsi ilə əlaqədar olub.

Bildirilib ki, hazırda elektrik enerjisinin verilişi bərpa edilib və işıqforlar normal fəaliyyət göstərir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir