Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin yeni rəisi təyin edilib.
Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev bu vəzifəyə gətirilib.
Qeyd edək ki, Sahib Rzayev müxtəlif illərdə daxili işlər orqanlarında müstəntiq, Fövqəladə Hallar Nazirliyində isə şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb.
O, yeni təyinatadək Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsini tutub.

