“Həzi Aslanov–İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu

“Həzi Aslanov–İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu

Oktyabrın 27-dən Bakı metrosunun “Həzi Aslanov–İçərişəhər” istiqamətində qatarların birbaşa hərəkəti yenidən təmin edilib.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, “Həzi Aslanov–Əhmədli” mənzilində tətbiq edilən məkik hərəkət rejimi ləğv olunub və qatarların “Həzi Aslanov–İçərişəhər” istiqamətində hərəkəti əvvəlki qaydada bərpa edilib.

Qırmızı xətt üzrə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edir.

Yenidənqurma işləri aparılıb

Qeyd edək ki, 1981–1987-ci illərdə inşa edilmiş yol dalanının izolyasiya qatı 20 ildən artıq istismar müddətində qrunt sularının və eroziyanın təsiri nəticəsində sıradan çıxıb. Bu səbəbdən ərazidə kompleks yenidənqurma işləri həyata keçirilib.

2025–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı Metropoliteni tərəfindən icra olunan layihə metro infrastrukturunun müasirləşdirilməsinə və sərnişindaşıma təhlükəsizliyinin artırılmasına xidmət edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir