Selin dağıtdığı körpünün yerində yenisi tikildi

Selin dağıtdığı körpünün yerində yenisi tikildi

Qaradağda sel nəticəsində dağılan körpü yenidən tikildi

Qar adağ rayonunda Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü kilometrliyində sel nəticəsində dağılan körpünün əvəzinə yeni körpü inşa edilib.

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, intensiv yağıntılar və güclü sel nəticəsində zədələnən yol infrastrukturunun bərpası çərçivəsində tikilən yeni körpü biraşırımlıdır.

Layihə çərçivəsində yararsız vəziyyətə düşən körpü qurğusu yenisi ilə əvəz olunub və yolun həmin hissəsində nəqliyyat əlaqəsinin bərpası təmin edilib.

Qeyd edək ki, intensiv yağıntılar və güclü sel nəticəsində respublikanın müxtəlif bölgələrində avtomobil yollarına, körpülərə və digər yol qurğularına dəymiş ziyanın aradan qaldırılması istiqamətində bərpa-tikinti işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir