Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb. Hadisə nəticəsində bir qadın həyatını itirib, iki nəfər isə yaralanıb.
Xəbər Yerində “Report.az”a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.
Məlumata görə, ailənin oğlu anasını, atasını və qardaşının həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinir.
Nəticədə 1971-ci il təvəllüdlü Çiçək Musa qızı İsmayılova aldığı xəsarətlərdən vəfat edib. Yaralanan şəxslərin isə 1966-cı il təvəllüdlü Ağabala Ramazan oğlu İsmayılov və onun gəlini, 1988-ci il təvəllüdlü Təranə Bahadır qızı İsmayılova olduğu bildirilir.
Şübhəli şəxs saxlanılıb
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Cinayətin dəqiq səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Yaralıların vəziyyəti açıqlanıb
TƏBİB-dən verilən məlumata görə, bu gün saat 13:30 radələrində iki nəfər — bir kişi və bir qadın Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində hazırda cərrahi əməliyyat aparılır. Onlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

