Şagirdin yıxıldığı məktəbdə çəkiliş qrupu hücuma məruz qaldı

Şagirdin yıxıldığı məktəbdə çəkiliş qrupu hücuma məruz qaldı

Bakının Yasamal rayonunda yerləşən 225 saylı tam orta məktəbdə Real TV-nin çəkiliş qrupu hücuma məruz qalıb. Hadisə zamanı telekanalın operatoru müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəbər Yerində 247press.media-ya istinadən xəbər verir ki, telekanalın əməkdaşları oktyabrın 28-də məktəbin 7-ci sinif şagirdi olan qızın dərs zamanı pəncərədən yıxılması hadisəsini işıqlandırmaq məqsədilə əraziyə yollanıblar.

Məlumata görə, məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib. Nəticədə telekanalın operatoru xəsarət alıb.

Hadisədən dərhal sonra jurnalistlər Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veriblər.

Bildirilib ki, hadisə operativ şəkildə nəzarətə götürülüb. Jurnalistlərə qarşı hüquqazidd hərəkətlərə yol vermiş şəxslərlə bağlı müvafiq tədbirlər görülür.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir