Xəbər Yerində xəbər verir ki, oktyabrın 31-də Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək.
Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 11-14, gündüz 17-20 dərəcə isti olacaq.
Rayonlarda isə bəzi yerlərdə yağış, şimşək və dolu gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Bölgələrdə havanın temperaturu gecə 10-14, gündüz 17-21 dərəcə isti olacaq.

