Ərdoğan Ceyhun Bayramovu qəbul etdi

Ərdoğan Ceyhun Bayramovu qəbul etdi

Xəbər Yerində Musavat.com-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Ankarada, Prezident Kompleksində baş tutan görüşlə bağlı rəsmi məlumat Türkiyə Prezident Administrasiyasının sosial media hesabında paylaşılıb.

Qeyd edək ki, Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) XIII Zirvə görüşündə iştirak etmək üçün Türkiyədə səfərdədir. Azərbaycan sammitdə xarici işlər naziri səviyyəsində təmsil olunur.

Görüşdən rəsmi foto da yayımlanıb. Tərəflərin müzakirə etdiyi məsələlərlə bağlı isə hələlik əlavə məlumat verilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir