Polşada siyasi böhran dərinləşir: Prezident gecə saat 05:00-da tribunalı tərk etdi

Polşada siyasi böhran dərinləşir: Prezident gecə saat 05:00-da tribunalı tərk etdi

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Polşada Konstitusiya Tribunalı ətrafında yaranan siyasi böhran Prezident Karol Navrotskinin ölkəyə qayıtmasından sonra da həllini tapmayıb.

Seneqala rəsmi səfərini yarımçıq saxlayaraq Polşaya dönən dövlət başçısı əvvəlcə Konstitusiya Məhkəməsinin sədri Boqdan Sveçkovski ilə görüşüb, daha sonra isə Konstitusiya Tribunalının binasına yollanıb.

Maneələrə baxmayaraq, binaya daxil olan Navrotski tribunalın idarəçiliyini öz üzərinə götürmüş hakim Anna Korvin-Piotrovska və digər hakimlərlə qarşılaşıb. Tərəflər arasında mübahisə yaranıb.

Prezident binada olan hakimlərin legitimliyini tanımadığını bildirib. Korvin-Piotrovska isə özünün və digər hakimlərin Konstitusiya Tribunalının üzvləri olduğunu vurğulayıb.

Navrotski səhər saat 05:00 radələrində tribunalın binasını tərk edib.

Prezident hökuməti ittiham etdi

Bundan sonra Polşa Prezidenti ölkədə konstitusiya quruluşunun pozulduğunu və dövlət orqanının zorla ələ keçirildiyini bəyan edib.

O, hökumətin göstərişi ilə tribunalın ərazisinə göndərilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının binanı tərk etməsini tələb edib.

Dövlət başçısı yaranmış vəziyyətin ölkənin daxili təhlükəsizliyinə təhdid yaratdığını bildirib. O, oktyabrın 31-də parlamentdə təmsil olunan siyasi qüvvələrin nümayəndələri ilə təcili məsləhətləşmələr keçirəcəyini açıqlayıb.

İki səfir istefa verdi

Polşada baş verən hadisələr fonunda diplomatik istefalar da qeydə alınıb. Ölkənin Çindəki səfiri Yakub Kumoçun ardınca Rumıniyadakı səfiri Pavel Solox da vəzifəsindən istefa verib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir