Ermənistanda hərbi hissələrdən birində güllə yarası almış hərbçinin meyiti aşkarlanıb.
Xəbər Yerində “Unikal”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, oktyabrın 31-də T.S. adlı hərbi qulluqçunun meyiti güllə yarası ilə tapılıb.
Hadisənin hansı şəraitdə baş verdiyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

