Tramp bayramda da öz ampluasında oldu – FOTO

Tramp bayramda da öz ampluasında oldu – FOTO

Tramp “Halloween”ə öz obrazında qatıldı – Cəmi 10 dəqiqəyə hazırlaşdı

ABŞ Prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo mülkündə təşkil olunan “Halloween” şənliyinə ənənəvi geyimində qatılıb.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tramp tədbirə tünd göy kostyum və qırmızı qalstukda gəlib.

Jurnalistlərlə söhbəti zamanı prezident bayram üçün xüsusi kostyum seçmədiyini yumorla ifadə edib. O, tədbirə öz obrazında qatıldığını və hazırlaşmağa cəmi 10 dəqiqə vaxt sərf etdiyini bildirib.

“Onların hazırlaşmağa saatlarla vaxtı olub, mənim isə cəmi 10 dəqiqəm. Bu gecə Donald Tramp obrazındayam”, – deyə ABŞ Prezidenti zarafat edib.

Tramp digər qonaqların bayram üçün saatlarla kostyum seçib hazırlaşdıqlarını da diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir