Göygöl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan yük avtomobili yol kənarındakı divara çırpılıb.
Hadisə nəticəsində yük maşınının sürücüsü, Göyçay rayon sakini, 1968-ci il təvəllüdlü Əhliman Qəfərov həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

