Hellouinin ən çox danışılan obrazı o oldu – FOTO+VİDEO

Hellouinin ən çox danışılan obrazı o oldu – FOTO+VİDEO

Dünyaca məşhur almaniyalı model və televiziya ulduzu Haydi Klum bu il də Hellouin obrazı ilə diqqətləri üzərinə çəkib.

Xəbər Yerində Shownews-a istinadən xəbər verir ki, model Nyu-Yorkda ənənəvi olaraq təşkil etdiyi 25-ci Hellouin gecəsinə öz sol əlinin nəhəng və qanlı surətində qatılıb.

Realistik görünüşü ilə seçilən kostyum uzun qırmızı dırnaqları, üzükləri, damarları və qanlı detalları ilə qonaqları heyrətləndirib. Obrazın hazırlanmasında xüsusi effektlərdən və protezlərdən istifadə olunub. Klumun bu qeyri-adi görünüşə hazırlanması təxminən 5-6 saat çəkib.

Kostyumda modelin həyat yoldaşı Tom Kaulitzə də xüsusi yer ayrılıb. Belə ki, nəhəng əl obrazının barmağında ərinin adının döyməsi əks olunub. Musiqi turunda olan Tom Kaulitz isə gecədə iştirak edə bilməyib.

Qeyd edək ki, Haydi Klum hər il qeyri-adi Hellouin obrazları ilə gündəmə gəlir. Model bu dəfə də fərqli seçimi ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir