Ərdoğandan Azərbaycan səmasından keçərkən Zəfər Günü təbriki – VİDEO

Ərdoğandan Azərbaycan səmasından keçərkən Zəfər Günü təbriki – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreyaya səfəri zamanı Azərbaycan xalqına Zəfər Günü münasibətilə təbrik ünvanlayıb.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğanın təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra pilot dispetçerlə əlaqə saxlayaraq Türkiyə Prezidentinin təbrikini çatdırıb.

Təbrikdə dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına səmimi salamlar və xoş arzular ünvanlanıb.

“Zati-aliləri, hörmətli qardaşım, Cənubi Koreyaya səfərim zamanı qardaş Azərbaycanın hava məkanından keçərkən öz adımdan və nümayəndə heyətim adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də möhkəmlənərək inkişaf edəcəyinə güclü inamımı bir daha bildirmək istəyirəm.

Qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, Azərbaycana davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram”, – deyə təbrikdə bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir