Bakıda müəllimlərin işə qəbulu elan edildi – 4 fənn üzrə vakansiya var

Bakıda müəllimlərin işə qəbulu elan edildi – 4 fənn üzrə vakansiya var

Xəbər Yerində xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu elan olunub.

İşə qəbul vakant və sosial məzuniyyətlə əlaqədar yaranmış müvəqqəti vakant yerlərin kadr təminatının həyata keçirilməsi məqsədi daşıyır.

Müraciətlər aşağıdakı fənlər üzrə qəbul edilir:

  • Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi);
  • Riyaziyyat (Azərbaycan bölməsi);
  • İngilis dili (Azərbaycan bölməsi);
  • İbtidai sinif (Azərbaycan bölməsi).

Namizədlər üçün tələb olunan nəticələr

Cari ildə keçirilmiş müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak edən və müvafiq fənlər üzrə müəyyən edilmiş nəticəni göstərən namizədlər müraciət edə bilərlər.

Belə ki, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə 70 faizdən, ibtidai sinif üzrə isə 80 faizdən yüksək nəticə göstərən namizədlər qəbul prosesində iştirak etmək hüququna malikdirlər.

Müraciət zamanı namizədlər şəxsiyyət vəsiqəsini və müvafiq ixtisas üzrə diplomunu təqdim etməlidirlər.

Müraciət tarixləri və saatları

Tələblərə cavab verən namizədlər 2 noyabr 2026-cı il tarixindən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edə bilərlər.

Sənədlər hər gün saat 11:00-dan 17:00-dək qəbul olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir