İlham Əliyev Panama Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

İlham Əliyev Panama Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Xəbər Yerində xəbər verir ki, dövlət başçısı məktubunda öz adından və Azərbaycan xalqı adından Panama Prezidentinə və ölkə xalqına səmimi təbriklərini və xoş arzularını çatdırıb.

İkitərəfli əməkdaşlıq mesajı

İlham Əliyev Azərbaycan ilə Panama arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, həmçinin ikitərəfli və çoxtərəfli platformalarda qarşılıqlı faydalı əməkdaşlığın potensialından tam istifadə olunması istiqamətində birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.

Prezident məktubunda Xose Raul Mulino Kinteroya möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, dost Panama xalqına isə daim əmin-amanlıq və rifah arzulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir