Kaşif Kozinoğlunun məzarından toksik maddə aşkarlanıb

Kaşif Kozinoğlunun məzarından toksik maddə aşkarlanıb

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun məzarının açılmasından sonra götürülən nümunələrin ilkin laborator analizinin nəticələri məlum olub.

Xəbər Yerində xəbər verir ki, araşdırma zamanı Kozinoğlunun saç və dırnaq nümunələrində yüksək miqdarda toksik maddə aşkar edilib. Bununla yanaşı, məzarından götürülən torpaq nümunələrində hər hansı zəhərli maddəyə rast gəlinməyib.

Ölümü ilə bağlı istintaq yenidən başladılıb

Qeyd edək ki, “Ergenekon” təşkilatına üzv olmaqda şübhəli bilinən Kaşif Kozinoğlu 10 mart 2011-ci ildə həbs edilib. O, ilk məhkəmə iclasına 10 gün qalmış Silivri həbsxanasında vəfat edib. Həmin vaxt onun ürək tutması nəticəsində öldüyü açıqlanmışdı.

Kozinoğlunun ölümü ilə bağlı sentyabr ayında yenidən istintaqa başlanılıb və bu çərçivədə məzarı açılıb.

Araşdırma zamanı üç nəfər həbs edilib. Şübhəli şəxs qismində saxlanıldıqdan sonra sərbəst buraxılan keçmiş həbsxana həkimi Turqay Merser isə sentyabr ayında İstanbulda yaşadığı evdə ölü tapılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir