Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Xırdalan şəhərində 12 yaşlı uşaq itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, uşaq barəsində axtarış elan edilib.
Hazırda polis əməkdaşları onun yerinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirirlər.

