Noyabr ayında məktəblilər ümumilikdə 16 gün dərsdən kənar olacaq. Ay ərzində həm bayramlarla əlaqədar qeyri-iş günləri, həm də payız tətili şagirdlərə uzunmüddətli istirahət imkanı yaradacaq.
Xəbər Yerində Metbuat.az-a istinadən xəbər verir ki, noyabrın 7-dən 10-dək Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl dörd gün qeyri-iş günü olacaq.
Bundan əlavə, noyabrın 14-15-i və 21-22-si şənbə və bazar günlərinə təsadüf edir.
Ümumi təhsil müəssisələrində payız tətili isə noyabrın 16-dan 20-dək davam edəcək.
Beləliklə, beşgünlük tədris həftəsi ilə fəaliyyət göstərən məktəblərdə noyabr ayı ərzində ümumilikdə 16 gün dərs olmayacaq.

