İspaniya futbolunda baş verən faciəli hadisədən sonra “Andorra” klubunun qapıçısı Xesus Ovono sosial şəbəkələrdə təhqir və hədə-qorxularla üzləşib.
Xəbər Yerində İdmanşbiz-ə istinadən xəbər verir ki, Xesus de Migelin faciəvi şəkildə həyatını itirməsindən sonra bəzi azarkeşlər qapıçını kütləvi şəkildə təhqir edərək onu “qatil” adlandırıblar.
Hadisədən ciddi sarsıntı keçirən Ovono hər hansı rəsmi açıqlama verməzdən əvvəl mərhumun ailəsi ilə şəxsən əlaqə saxlamağı və onlara başsağlığı verməyi planlaşdırır.
Ad oxşarlığı başqa futbolçunu da hədəfə çevirib
Hadisə ilə bağlı yaranan çaşqınlıq başqa bir futbolçuya da təsirsiz ötüşməyib. Eyni adı daşıyan müdafiəçi Mişel Ovono da yanlış anlaşılma nəticəsində irqçi təhqirlərə və hədələrə məruz qalıb.
Bundan sonra o, vəziyyətə aydınlıq gətirmək üçün ictimaiyyətə açıqlama vermək məcburiyyətində qalıb.

